reklam
Əfsanə 55 yaşında geri döndü
Sportfm.az xəbər saytı

Əfsanə 55 yaşında geri döndü


Finlandiya futbolunun əfsanəsi sayılan Yari Litmanen 55 yaşında yenidən yaşıl meydanlara qayıdıb.

Sportfm.az xəbər verir ki, o, Estoniyanın “Kalev” klubunun üçüncü komandasında (4-cü divizion) forma geyinəcək.

Sözügedən komanda “Liverpul”un və Estoniya millisinin keçmiş müdafiəçisi Raqnar Klavana məxsusdur.

Litmanen hələ 2025-ci ilin oktyabrında heyət çatışmazlığı səbəbindən “Kalev”də bir neçə oyun keçirmişdi. Həmin vaxt futbolçu meydanda öz yeniyetmə oğulları ilə birlikdə çıxış etmişdi.

Karyerası ərzində Niderlandın “Ayaks”, İspaniyanın “Barselona” və İngiltərənin “Liverpul” kimi klublarının formasını geyinən Litmanen 1995-ci ildə Amsterdam klubu ilə UEFA Çempionlar Liqasının qalibi olub. Finlandiya yığmasında 137 oyun keçirən yarımmüdafiəçi ölkə tarixinin ən güclü futbolçusu hesab edilir.

Oxşar xəbərlər

Bolqarıstan futbolunun əfsanəsi dünyasını dəyişdi
18 yaşında klubuna geri döndü - Keçid
37 yaşında karyerasını bitirdi
"Liverpul"un sabiq kapitanı dünyasını dəyişdi - 86 yaşında
41 yaşında Çempionlar Liqasında meydana çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər