Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
41 yaşında Çempionlar Liqasında meydana çıxdı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Portu" "Arsenal"ı 1:0 hesabı ilə məğlub edib.
Sportfm.az xəbər verir ki, "əjdahalar"ın müdafiəçisi Pepe bu görüşdə start heyətdə yer alıb. Pepe Çempionlar Liqasının pley-off mərhələsində "ilk 11-lik"də meydana çıxdan ən yaşlı oyunçu olub - (40 yaş 360 gün).
Portuqaliyalı ulduz futbolçu Çempionlar Liqasının pley-off mərhələsi tarixinin ən gənc oyunçusu - "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamaldan (16 yaş 223 gün) 24 yaş böyükdür.
O, qrup mərhələsində də analoji formada tarixə düşmüşdü.
Pepe karyerası ərzində yalnız 2 klubda "Porto" (2004-07 və 2019-...) və "Real"da (2007-2019) çıxış edib. Bu mövsüm müdafiəçi "Porto"nun heyətində bütün turnirlərdə 23 oyun keçirib və 3 qol vurub, 2 məhsuldar ötürmə edib. Futbolçunun Portuqaliya klubu ilə müqaviləsi bu ilin iyunun sonuna kimi qüvvədədir.

Oxşar xəbərlər
Pepe Çempionlar Liqasında tarix yazdı
"Barselona" "Porto" ilə üz-üzə - Çempionlar Liqası
Pepedən yeni rekord - Çempionlar Liqası
40 yaşlı futbolçu ilə müqavilə uzadıldı
Ronaldodan tarixi nailiyyət
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası