Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kadi 40-a çatdı
Kadi Borges “Qarabağ”ın heyətində 40-cı qolunu vurub.
Sportfm.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sabah”la qarşılaşmasında (2:2) dubl müəllifi olub.
O, bununla da, Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını 40-a çatdırıb.
Cənubi amerikalı Premyer Liqada 24 (70 oyunda), Azərbaycan kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi “Qarabağ”ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur.
Borges “Qarabağ”da ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.

Oxşar xəbərlər
"Qarabağ"da itki - Kadi yaşıl meydanlardan kənarda qalacaq
Kadi parataekvondoçuların məşqində - FOTO
“Qarabağ” 200 min avro xərcə düşəcək
Kadi Borges “Qarabağ”dan ayrıldı
“Qarabağ” tarixində 5-ci olan braziliyalı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası