reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"da itki - Kadi yaşıl meydanlardan kənarda qalacaq


UEFA Çempionlar Liqasının 4-cü turunda İngiltərənin “Çelsi” ilə matçda zədələnən “Qarabağ”ın futbolçusu Kadi Borges 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisindən məlumat verilib.

Yarımmüdafiəçi matçdan sonra müayinədən keçib.

Nəticələrə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

“Qarabağ” – “Çelsi” oyunu 2:2 hesabı ilə yekunlaşıb.

Oxşar xəbərlər

Palmer “Qarabağ”la oyunu buraxacaq
"Qarabağ"ın daha bir futbolçusu sıradan çıxdı
Bədavi Hüseynov yaşıl meydanlardan uzaq qalacaq
Kadi Borges “Qarabağ”dan ayrıldı
Kadi “Sumqayıt”la oyunu buraxacaq - Zədə səbəbindən

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər