reklam
Veron postunu tərk etdi
Sportfm.az xəbər saytı

Veron postunu tərk etdi


Afrika Futbol Konfederasiyasının baş katibi Veron Mossenqo Omba istefa verib.

Sportfm.az xəbər verir ki, “Reuters”in məlumatına görə, 66 yaşlı funksioner qərarını təqaüdə çıxması ilə izah edib.

Onun gedişi isə qurumdakı rəhbərlik böhranı, korrupsiya ittihamları və 2025-ci il Afrika Millətlər Kuboku ilə bağlı qalmaqallar fonunda baş verib. Mossenqo Ombanın yaş həddini keçməsinə baxmayaraq vəzifədə qalması da tənqid olunurdu.

O, açıqlamasında 30 illik karyerasını başa vurduğunu və şəxsi layihələrinə vaxt ayırmaq istədiyini bildirib.

Qeyd edək ki, əslən Konqodan olan İsveçrə vətəndaşı Mossenqo Ombanın yaxın aylarda öz ölkəsinin futbol federasiyasının prezidentliyinə namizəd olacağı gözlənilir. Onun yerinə müvəqqəti olaraq yarışlar üzrə direktor Samson Adamu təyin edilib.
Xatırladaq ki, Seneqal hökuməti AFCON finalındakı qalmaqallı qərardan sonra CAF-ın fəaliyyəti ilə bağlı beynəlxalq araşdırma aparılmasını tələb edib.

Oxşar xəbərlər

Əllərindən alınan uğuru Parisdə qeyd edəcəklər
ŞOK - Seneqaldan çempionluq alındı
Eto'Onun istefası qəbul olunmadı
Millətlər Kuboku Mərakeşdə keçiriləcək - QƏRAR
Veron futbola qayıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər