reklam
ŞOK - Seneqaldan çempionluq alındı
Sportfm.az xəbər saytı

ŞOK - Seneqaldan çempionluq alındı


Afrika Futbol Konfederasiyasının (AFK) Apellasiya Şurası sensasiyalı qərar qəbul edib.

Sportfm.az xəbər verir ki, qərara əsasən, Seneqal milli komandası Afrika Millətlər Kubokunun final matçı üçün 0:3 hesablı texniki məğlubiyyət alıb. Beləliklə, AFK Afrika Millətlər Kuboku titulunu Seneqal milli komandasından alaraq Mərakeş milli komandasına verib.

Qərar finaldan iki ay sonra qəbul olunub. Buna səbəb yanvarın 18-də keçirilən həlledici oyunun sonlarında baş verən qalmaqallı epizod olub. Matçın 98-ci dəqiqəsində hakim Brahim Diasa qarşı qayda pozuntusuna görə Mərakeşin xeyrinə penalti təyin edib. Bundan sonra Seneqal futbolçuları baş məşqçi Pap Tiawun göstərişi ilə meydanı tərk ediblər.

Görüş 13 dəqiqəlik fasilədən sonra bərpa olunub və əsas vaxtda Seneqalın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin Mərakeş tərəfi dərhal etiraz edərək nəticənin ləğvini tələb edib.

Apellyasiyanı araşdıran AFK Seneqalın hərəkətlərini əsasnamənin pozuntusu kimi qiymətləndirib və texniki məğlubiyyət qərarı çıxarıb – 0:3. Beləliklə, Mərakeş rəsmi olaraq turnirin qalibi elan olunub.

Baş verənlər futbol ictimaiyyətində ciddi narazılıq yaradıb. Seneqallı azarkeşlər və bəzi futbolçular sosial şəbəkələrdə qərarı sərt tənqid ediblər.

Oxşar xəbərlər

FİFA-nı məhkəməyə verirlər - Olay
Seneqal Afrikanın ən güclüsüdür
Mərakeş Tanzaniya səddini keçməlidi - Afrika Millətlər Kuboku
Millətlər Kuboku Mərakeşdə keçiriləcək - QƏRAR
Afrika Millətlər Kubokunun qalibi müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər