Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Milli komandamızın məşqçisi Türkiyədə -FOTO
Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Türkiyədə səfərdədir.
Sportfm.az AFFA-ya istinadən xəbər verir ki, o, qadınlardan ibarət Birinci Liqa klubu “Qaziantep Safir”in prezidenti Murat Kocaardıçın dəvəti ilə bu ölkəyə yollanıb və hazırda klub rəhbərinin xüsusi qonağı kimi komandanın düşərgəsində iştirak edir.
Siyasət Əsgərov səfər çərçivəsində “Qaziantep Safir”in məşqçilər korpusu ilə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparır, məşq proseslərini yaxından izləyir və öz təcrübəsini həmkarları ilə bölüşür. O, 2022/2023-cü illər mövsümündə Türkiyənin “Fomget” qadın komandası ilə ölkə çempionluğunu qazanıb.
Baş məşqçi səfər zamanı “Qaziantep Safir”in martın 24-də “Haymana”ya qarşı keçirəcəyi pley-off qarşılaşmasını da stadiondan izləyəcək. Həmin oyunda Azərbaycan milli komandasının futbolçuları da üz-üzə gələcək. Belə ki, Coşqunə Əliyeva “Qaziantep Safir”in, Aysun Muradova isə “Haymana”nın heyətində çıxış edir. Matçın qalibi Türkiyə Superliqasına vəsiqə qazanacaq.

Oxşar xəbərlər
Millimizin üzvləri uşaq sığınacağında - FOTO
Millimizin futbolçuları şagirdlərlə görüşdü
Millinin baş məşqçisi "Neftçi"də - Təyinat
Millimizin baş məşqçisi Türkiyə klubundan ayrıldı
Milli komandamızda yeni məşqçilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası