Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
110-cu böyükhesablı qələbə -Azərbaycan çempionatı
Azərbaycan Premyer Liqasında mövsümün ən böyükhesablı qələbə rekordu təkrarlanıb.
Sportfm.az xəbər verir ki, 25-ci turun matçında “Neftçi” “İmişli”nin qapısından 6 cavabsız top keçirib.
Mövsümdə 3-cü dəfə altı qolluq fərq qeydə alınıb. Bunadək 23-cü turda “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0, “Sabah” “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.
Ümumiyyətlə ölkə çempionatları tarixində 110-cu dəfə bir komanda rəqibini 6 və ya daha çox top fərqlə üstələyib.
Bu, “Neftçi”nin 23-cü belə qələbəsidir. “Kəpəz”in 17, “Qarabağ”ın 14, “Şəmkir”in 9 belə qalibiyyəti var.
Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.
“Ağ-qaralar” sonuncu dəfə 13 il 4 ay əvvəl – 2012-ci il noyabrın 17-də “Sumqayıt”la görüşdə böyük üstünlük qazanıb – 8:1.
Bir mövsümdə 3 dəfə altı və ya daha çox top fərqinin qeydə alınması son 21 çempionatın rekordunun təkrarıdır. 2015/16, 2017/18 və 2022/23 mövsümlərində də üç belə nəticə qeydə alınıb. Daha çox – 4 matçın belə bitməsi isə sonuncu dəfə 2004/05 mövsümündə yaşanıb.

Oxşar xəbərlər
16 turda 16 böyükhesablı nəticə
Azərbaycanda yeni rekord
Rayon komandası tarixə düşdü
Son 8 mövsümün rekordu təkrarlandı
“Qarabağ”dan 5-ci, “Neftçi”dən ilk
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası