reklam
Hidayət “bürünc” uğrunda görüşə çıxacaq -
Sportfm.az xəbər saytı

Hidayət “bürünc” uğrunda görüşə çıxacaq -Böyük Dəbilqə


Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaq.
Sportfm.az xəbər verir ki, o, təsəlliverici qarşılaşmada Gürcüstanı təmsil edən Giorgi Teraşviliyə qalib gələrək bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.

Azərbaycan təmsilçilərinin hesabında 1 gümüş medal var. Turan Bayramov (66 kq) ötən gün fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Oxşar xəbərlər

Hidayət mübarizəyə başlayır - Böyük Dəbilqə
Azərbaycan güləşçisi gümüş medal qazandı - İslamiada
Üç cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq - Böyük Dəbilqə
Hidayət Heydərov finalda - Böyük Dəbilqə
Cüdoçularımız “bürünc” uğrunda görüşə çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər