reklam
Seneqal Afrikanın ən güclüsüdür
Sportfm.az xəbər saytı

Seneqal Afrikanın ən güclüsüdür


Afrika Millətlər Kubokunun final matçı keçirilib.

QOL.az xəbər verir ki, həlledici oyunda Seneqal və Mərakeş milliləri üz-üzə gəlib.

Mərakeşin Rabat şəhərindəki Moulay Abdullah İdman Kompleksində keçirilən görüşdə Seneqal millisi qalib gəlib - 1:0.

Oyunun əsas vaxtında qol vurulmayıb. Buna görə də qalib əlavə vaxtda müəyyənləşib. 94-cü dəqiqədə Pap Qeye Seneqal millisinə qələbə gətirən qolu vurub.

18 yanvar

Afrika Millətlər Kuboku

Final

23:00. Seneqal - Mərakeş - 1:0

Qol: Pap Qeye, 94

Qeyd edək ki, Seneqal millisi artıq bir dəfə bu titula yiyələnib. 2021-ci ildə qalib olan seneqallılar buna qədər 3 dəfə finalda oynayıb. Mərakeş isə 1976-cı ildə Afrika Millətlər Kubokunun qalibi olub. Sonuncu dəfə isə 2004-cü ildə finala çıxıblar.

Xatırladaq ki, ötən gün bürünc medal uğrunda görüşdə Nigeriya Misirə penaltilər seriyasında (4:2) qalib gəlib.

Oxşar xəbərlər

Mərakeş Tanzaniya səddini keçməlidi - Afrika Millətlər Kuboku
Seneqal tarixində ilk dəfə Afrika çempionu oldu - VİDEO
Sonuncu finalçı məlum oldu - Afrika Millətlər Kuboku
Əlcazair ikinci dəfə Afrikanın ən güclüsü oldu - FOTO
Afrika Millətlər Kubokunun finalçıları məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər