Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Jurnalistlər arasında 3x3 basketbol turniri baş tutub
Martın 2-də “İdman həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə media nümayəndələri arasında 3x3 basketbol yarışı keçirilib.
Sportfm.az xəbər verir ki, Avropa Oyunları Parkında baş tutan yarışda 17 media qurumundan həm kişi, həm də qadın komandaları mübarizə aparıblar.
Qadınlar fərdi yarışaraq topu səbətə atmaqla qalibləri müəyyən ediblər. Teleqraf İnformasiya Agentliyinin əməkdaşları Nərmin Muradova və Röyanə Bəkirli müvafiq olaraq, birinci və ikinci yerləri tutublar. Leyla Eminova (İdman.biz) isə üçüncü yerə layiq görülüb.
Kişilər arasında Xəzər TV-nin əməkdaşları Mehman Rəsulov və Əli Cəfərov, İTV-nin əməkdaşı Nihat İsmayılov, Azerisport.com idman portalının əməkdaşı Mirbağırağa Cəfəridən ibarət “Xəzər” komandası birinci olub. Finaladək yüksələn Kənan Həsənov, Səlcuq Elçin, Tuncay Türbəndəzadə, Nihat Piriyevdən ibarət Report İnformasiya Agentliyinin komandası ikinci yeri tutub. Emin Səfərov, Elnur Muxtarlı, Əli Şəyəldiyev (hər üçü - Teleqraf İnformasiya Agentliyi) və Asif Nərimanlıdan (Publika.az) ibarət “Teleqraf” komandası isə üçüncü yerə layiq görülüblər.

Oxşar xəbərlər
Şahmatçılarımız təltif olundular - FOTO
"Heydər Əliyev Kuboku"nun qalibləri məlum oldu
Jurnalistlər arasında atıcılıq turniri keçirildi
Azərbaycan çempionatlarının qalibləri müəyyənləşdi
117 nömrəli tam orta məktəbin komandası birinci oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası