reklam
Sportfm.az xəbər saytı

"Turan" vacib 3 xal qazandı -Premyer Liqa


Bu gün Misli Premyer Liqasında 21-ci tur start götürüb.

Sportfm.az xəbər verir ki, ilk günə nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb.

Əvvəlcə "Turan Tovuz" "Zirə"ni qəbul edib. Bu komandaların 1-ci dövrədəki qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb. Bugünkü oyunda isə Tovuz təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Bununlada da, Kurban Berdıyevin komandası xallarını 37-ə çatdırıb (20 oyuna) və "Zirə"ni qabaqlayaraq 3-cü pilləyə yüksəlib. "Zirə" 21 oyunda 35 xalla 4-cüdür.

Digər oyunda isə "Sumqayıt" evdə "Qəbələ" ilə üz-üzə gələcək. Matç saat 19:30-da start götürəcək. Sözügedən komandaların 1-ci dövrədəki oyununda "Sumqayıt" 2:0 hesablı qələbə qazanıb.

20 fevral (cümə)

17:00. “Turan Tovuz” – “Zirə” - 2:0

Qollar: Filip Ozobiç, 11, Jorje Silva, 19
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
“Azersun Arena”

19:30. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

21 fevral (şənbə)

14:30. “Karvan-Yevlax” – “Araz-Naxçıvan”

22 fevral (bazar)

14:30. “İmişli” – “Şamaxı”

17:00. “Sabah” – “Kəpəz”

Oxşar xəbərlər

"Turan Tovuz" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı - Premyer Liqa
“İmişli” “Kəpəz”ə, “Turan Tovuz” “Karvan-Yevlax”a qarşı - Premyer Liqa
"Sabah" "Araz-Naxçıvan"a, "Sumqayıt" "Zirə"yə qarşı - Premyer Liqa
"Karvan-Yevlax" "Sumqayıt"a, "Qəbələ" "İmişli"yə qarşı - Premyer Liqa
"Araz-Naxçıvan" "Sabah"a, "Zirə" "Sumqayıt"a qarşı - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər