Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Birinci Liqa təmsilçisi autizimli uşaqları ziyarət etdi -FOTOLAR
Birinci Liqada mübarizə aparan “Baku Sportinq” futbol klubunun təşkilatçılığı ilə futbolda sosial məsuliyyətin meyarlarından biri “Futbol hamı üçün” mövzusu ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib.
Sportfm.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri Xətai rayonunda yerləşən “Orvita” Autizm Evində təşkil olunan tədbirdə komandanın üzvləri, futbolçular iştirak ediblər. Görüşün keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların sosial bacarıqlarını artırmaqdır.
Futbolçular mərkəzdə yerləşən uşaqların vəziyyəti ilə yaxından maraqlanıb, onlarla xatirə şəkilləri çəkdiriblər.
Bu cür tədbirlər sağlamlıq imkanı məhdud uşaqların fiziki, psixoloji və mənəvi sağlamlığının artırılmasında vacib rol oynayır.
Mərkəzdə autizimli uşaqlara və gənclərə, psixoloji, ambulator və stasionar formada səmərəli, müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstərilir.

Oxşar xəbərlər
"Araz-Naxçıvan" uşaq evini ziyarət etdi
Qəbələdə anlamlı ziyarət - FOTO
Uşaqlar üçün futbol festivalı keçiriləcək
Qurban Qurbanovdan anlamlı ziyarət - FOTOLAR
Sumqayıtda II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası