reklam
Şəhriyar Məmmədyarov finala çıxdı
Sportfm.az xəbər saytı

Şəhriyar Məmmədyarov finala çıxdı


Şəhriyar Məmmədyarov şahmat üzrə Azərbaycan çempionatının finalına vəsiqə qazanıb.

Sportfm.az xəbər verir ki, 40 yaşlı qrossmeyster yarımfinal mərhələsinin tay-brekində Aydın Süleymanlıya qalib gəlib.

O, finalda Məhəmməd Muradlı ilə görüşəcək.

Süleymanlı isə üçüncü yer uğrunda görüşdə Read Səmədovla qarşılaşacaq.

Qadın şahmatçıların finalında Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə üz-üzə gələcək. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarova ilə mübarizə aparacaq.

Çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

Oxşar xəbərlər

1/4 final mərhələsinin görüşləri keçirilir - Azərbaycan çempionatı
1/4 final mərhələsinin görüşləri keçirilir - Azərbaycan çempionatı
Azərbaycan çempionatında 1/4 finalın cavab oyunları keçiriləcək
Dünya çempionatına 17 şahmatçımız yollanır
Şahmatçılarımız dünya çempionatına qatılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər