Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
1/4 final mərhələsinin görüşləri keçirilir -Azərbaycan çempionatı
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk partiyaları keçirilib.
Sportfm.az xəbər verir ki, ¼ finalda rəmzi ilk gedişi Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov edib.
Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov qara fiqurlarla Əhməd Əhmədzadəni məğlub edib. Rauf Məmmədov-Read Səmədov, Məhəmməd Muradlı-Eltac Səfərli, Aydın Süleymanlı-Nicat Abasov görüşlərində heç-heçə qeydə alınıb.
Qadınların yarışında Ülviyyə Fətəliyeva qara fiqurlarla Səbinə İbrahimovanı, Ayan Allahverdiyeva Günay Məmmədzadəni üstələyib. Ağ fiqurlarla mübarizə aparan Türkan Məmmədyarova Nərmin Abdinovaya qalib gəlib. Xanım Balacayeva-Gülnar Məmmədova görüşündə bərabərlik olub.
Bu gün ¼ final mərhələsinin ikinci partiyaları oynanılacaq.
Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq.
Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

Oxşar xəbərlər
1/4 final mərhələsinin görüşləri keçirilir - Azərbaycan çempionatı
Məmmədyarov və Məmmədovdan bərabərlik - Azərbaycan çempionatı
Azərbaycan çempionatında 1/4 finalın cavab oyunları keçiriləcək
Məmmədyarovla Rəcəbov ilk oyunda qələbə qazan
Şahmatçılarımız dünya çempionatına qatılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
31-ci turun təyinatları açıqlandı - Premyer Liqa
-
"Sabah" üçün 3 güclü potensial rəqib - Çempionlar Liqası
-
"Şimal" yenə məğlub olmadı, "Şəfa" çempionluğu rəsmiləşdirə bilmədi - Birinci Liqa
-
Millimiz Litvaya uduzdu
-
Dünya şöhrətli müğənni yarış üçün Bakıya gəlir - FOTO
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir

Misli Premyer Liqası