reklam
1/4 finalçılar məlum oldu -
Sportfm.az xəbər saytı

1/4 finalçılar məlum oldu -Azərbaycan çempionatı


Şahmat üzrə Azərbaycan çempionatında son 1/4 finalçılar müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu gün baş tutan tay-brekdə Nicat Abasov gənc istedad Xaqan Əhmədə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

Son çempion Rauf Məmmədov Şiroğlan Talıbovu üstələyərək mübarizəni davam etdirmək imkanı qazanıb.

Qadın şahmatçıların yarışında gözlənilməz nəticə qeyd alınıb. Milli komandanın üzvü, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva çempionatda çıxışını dayandırıb. G.Beydullayeva Nərmin Abdinovaya uduzaraq turniri tərk edib.

Sabah Azərbaycan çempionatında 1/4 final mərhələsinə start veriləcək.

Oxşar xəbərlər

Məmmədyarov və Məmmədovdan bərabərlik - Azərbaycan çempionatı
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşdi
Azərbaycan çempionatında ilk 1/8 finalçılar bilindi
Şahmatçımız dünya çempionu oldu - UĞUR
Şahmatçılarımız tay-brekdə mübarizə aparacaq - Dünya kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər