reklam
Sportfm.az xəbər saytı

"Sabah"da yeni hücumçu -Transfer


“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportfm.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra komandanın uğurları üçün çalışacaq.

25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb. İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.

Qeyd edək ki, Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.

Oxşar xəbərlər

"Sabah"da yeni futbolçu - Transfer
Qazaxıstan millisinin oyunçusu "Sabah"da - RƏSMİ
"Sabah"da yeni futbolçu - 2+1 illik müqavilə
"Dinamo"nun futbolçusu "Sabah"da - RƏSMİ
"Sabah" yeni transferini açıqladı - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər