reklam
Yığma komandalarımızda yeni məşqçilər -
Sportfm.az xəbər saytı

Yığma komandalarımızda yeni məşqçilər -Təyinat


Cüdo üzrə milli komandaların məşqçi heyəti gücləndirilib

Sportfm.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası (ACF) istedadlı idmançıların peşəkar inkişafını dəstəkləmək, texniki-taktiki hazırlığı təkmilləşdirmək və fiziki hərəkətlərin icrasında texniki düzgünlüyü artırmaq məqsədilə məşqçilər heyətinin gücləndirilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, Orxan Səfərov yeniyetmə oğlanlardan ibarət yığma komandanın, Tərlan Kərimov isə yeniyetmə qızlardan ibarət yığma komandanın məşqçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, hər iki məşqçi “İstedadların seçimi” turnirlərində fərqlənərək “Gələcəyin ümidləri” təlim proqramına seçilmiş yeniyetmə cüdoçularla çalışacaq, onların texniki-taktiki bacarıqlarının və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində sistemli fəaliyyət göstərəcək.

Oxşar xəbərlər

Cüdo məşqçilərinin sertifikatlaşdırılması proqramı başladı
Cüdo millilərinin məşqçi heyətində dəyişiklik edildi
Voleybol millisinə baş məşqçi təyin olundu
Azərbaycan millisində yeni baş məşqçi
Milli komandamızda yeni məşqçilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər