Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdo məşqçilərinin sertifikatlaşdırılması proqramı başladı
Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə cüdo məşqçilərinin peşəkar inkişafını təmin etmək və onların bilik-bacarıqlarını müasir standartlara uyğunlaşdırmaq məqsədilə sertifikatlaşdırma proqramını ardıcıl şəkildə həyata keçirir.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, proqram çərçivəsində üçüncü səviyyə məşqçilik hazırlığını yekunlaşdırmış 30 məşqçinin praktik bacarıqlarının qiymətləndirilməsi mərhələsinə start verilib.
Qiymətləndirmə prosesi məşqçilərin yalnız nəzəri biliklərini deyil, eyni zamanda real məşq şəraitində tətbiq etdikləri metodiki yanaşmaları, texniki-taktiki hazırlıq səviyyəsini və idarəetmə bacarıqlarını müəyyənləşdirməyə xidmət edir. Praktik qiymətləndirməyə milli yığma komandaların performans direktoru Riçard Trautman rəhbərlik edir və proses beynəlxalq təcrübəyə əsaslanan metodologiya ilə həyata keçirilir.
Qeyd edək ki, sertifikatlaşdırma proqramı ölkədə məşqçilik institutunun gücləndirilməsinə, mütəxəssislərin peşəkar inkişafının stimullaşdırılmasına, həmçinin Azərbaycan cüdosunun uzunmüddətli və davamlı uğurlarının təmin olunmasına yönəlib.

Oxşar xəbərlər
Cüdo millilərimiz üçün seminar keçirildi
Cüdo hakimləri üçün seminar təşkil olundu
Cüdo millilərinin məşqçi heyətində dəyişiklik edildi
Cüdo məşqçiliyinin inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalandı
Bakıda cüdo məşqçiləri üçün seminar keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası