reklam
Cüdoçularımız kəmər imtahanı verdi
Sportfm.az xəbər saytı

Cüdoçularımız kəmər imtahanı verdi


Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Sportfm.az xəbər v erir ki, imtahanda 307 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bilik və bacarıqlarını nümayiş etdirib.
İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.
Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyasının yüksəlməsinə xidmət edir.
Kəmər dərəcəsi idmançının hazırlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi tanınması baxımından mühüm göstəricidir, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruri şərtlərdən biridir.

Oxşar xəbərlər

Kəmər imtahanı - 7 yaşdan yuxarı
Cüdoçular üçün rəsmi imtahanlar keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirildi
Cüdoçular üçün imtahanlar keçiriləcək
Ağcəbədidə dərəcə imtahanı keçirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər