Ağcəbədidə dərəcə imtahanı keçirildi -FOTO
Azərbaycan Alpaqut Federasiyasının (AAF) Qarabağ regional nümayəndəliyinin və Ağcabədi filialının birgə təşkilatçılığı ilə idmançılar üçün zona seminarı və kəmər dərəcə imtahanı keçirilib.
Sportfm.az xəbər verir ki, Ağcabədidəki şəhid Hamlet Məmmədov adına Qaradolaq kənd 1 nömrəli orta məktəbin idman zalında baş tutan seminardan əvvəl məktəbin akt zalında müəllim və şagird kollektivi, şəhid ailələri, eləcə də, kənd ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə görüş təşkil edilib. Görüş iştirakçılarına alpaqut Turan döyüş sənəti haqqında geniş məlumat verilib.
Sonra AAF-ın regional inkişaf üzrə vitse-prezidenti tegin Rafiq Qasımovun rəhbərliyi ilə seminar baş tutub. Seminardan sonra isə kəmər dərəcə imtahanı keçirilib.
Seminar və imtahanda AAF-ın Ağdam, Ağcabədi və Laçın filiallarının idmançıları iştirak ediblər.
Oxşar xəbərlər
"Turan Tovuz"un futbolçuları kənd məktəbində - FOTO
Tovuzda Ayxan Abbasovla görüş keçirildi - FOTO
Şəmkirdə yarış keçiriləcək - Alpaqut Turan döyüş sənəti üzrə
Tülü kəndinin komandası birinci oldu
Alpaqut Federasiyasının qurultayı keçirildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası