Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AMADA rəhbəri WADA forumunda
Özbəkistanın paytaxtı Daşkənddə Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən "Qlobal antidopinq idarəçiliyinin gücləndirilməsi: Uyğunlaşdırma, ardıcıllıq və regional əməkdaşlıq" mövzusunda beynəlxalq forum təşkil olunub.
Sportfm.az xəbər verir ki, tədbirə Azərbaycan Milli Antidopinq Agentliyinin İcraçı direktoru Təhminə Tağı-zadə də qatılıb.
Açılış mərasimində WADA-nın prezidenti Vitold Banka, Özbəkistanın idman naziri Adham İkromov və milli antidopinq agentliyinin direktoru Abduşukur Sodikov çıxış ediblər.
Forumda qarşıdakı illərdə həyata keçiriləcək prioritet vəzifələr müəyyən edilib. Xüsusilə, WADA Məcəlləsinin tələblərinə tam uyğunluq, idmançıların sağlamlığının və hüquqlarının qorunması məsələlərinə xüsusi diqqət yetirilərək müzakirələr aparılıb.
Beynəlxalq forum çərçivəsində hər bir ölkənin nümayəndələri öz təcrübələri, nailiyyətləri və mövcud problemləri barədə məlumat verib, dopinqə qarşı mübarizədə əməkdaşlıq üçün effektiv yollar və imkanları təhlil ediblər.
Tədbirdə 200-dək hökumət rəsmisi, milli antidopinq təşkilatının rəhbəri, yüksək ixtisaslı mütəxəssis və beynəlxalq ekspert iştirak edib.

Oxşar xəbərlər
Azərbaycanla Litva arasında antidopinq sahəsində əməkdaşlıq
Azərbaycanla Polşa arasında əməkdaşlıq müzakirə olundu - Antidopinq sahəsində
AMADA rəsmisi beynəlxalq qurumda vəzifə aldı
AMADA Azərbaycanı Londonda keçirilən "workshop"da təmsil etdi
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
31-ci turun təyinatları açıqlandı - Premyer Liqa
-
"Sabah" üçün 3 güclü potensial rəqib - Çempionlar Liqası
-
"Şimal" yenə məğlub olmadı, "Şəfa" çempionluğu rəsmiləşdirə bilmədi - Birinci Liqa
-
Millimiz Litvaya uduzdu
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA

Misli Premyer Liqası