reklam
“Turan Tovuz”un legioneri ilkə imza atdı -
Sportfm.az xəbər saytı

“Turan Tovuz”un legioneri ilkə imza atdı -999 gündən sonra


Misli Premyer Liqasının 17-ci turu Hayderson Hurtadonun bir oyunda hər iki qapıya qol vurması ilə yadda qalıb.

Sportfm.az xəbər verir ki, “Turan Tovuz”un futbolçusu “Sumqayıt”la ev oyununda (2:1) əvvəl hesabı açıb, ardınca avtoqolla bərabərliyə səbəb olub.

Premyer Liqada sonuncu belə hadisə 427 gün əvvəl - ötən mövsüm yaşanmışdı. 2024-cü il noyabrın 24-də Orxan Əliyev “Sabah” – “Kəpəz” görüşündə (2:2) hər iki mənada fərqlənib. “Kəpəz”in futbolçusu 13-cü turda həm hesabı açıb, həm avtoqolla bərabərlik topunu vurub. Lakin Hurtadodan fərqli Əliyev bunu ilk 45 dəqiqədə gerçəkləşdirib.

Haydersona qədər belə halla üzləşən sonuncu legioner isə Mateus Saldanya olub. O, 999 gün əvvəl - 2023-cü il mayın 2-də keçirilən “Neftçi” – “Qarabağ” görüşündə (2:4) 40-cı dəqiqdə qonaqların, 15 dəqiqə sonra öz komandasının qapısına yol tapıb.

Oxşar xəbərlər

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi - Misli Premyer Liqası
“Qarabağ”da ilk - Bir oyunda 3 top
“Turan Tovuz”dan yubiley qələbəsi
“Kəpəz”in futbolçusu 50-yə çatdı
"Turan Tovuz"un müdafiəçisindən antirekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər