reklam
İdmançılarımız Türkiyədə iki bürünc medal qazandı -
Sportfm.az xəbər saytı

İdmançılarımız Türkiyədə iki bürünc medal qazandı -Beynəlxalq turnir


Azərbaycan qılıncoynadanları Türkiyənin paytaxtı Ankarada keçirilən açıq turnirdə iki bürünc medal qazanıblar.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib.

Maqsud Hüseynli böyüklər, Fərəh Abasova isə gənclər arasında sablya növündə mükafatçılar sırasına düşüblər.

Kişi sablyaçılardan Rəsul Əliyev 60 iştirakçı arasında 7-ci, Timur Husnaddinov 12-ci, Nahid Məmmədli isə 22-ci olub.

Qızların yarışında medalın bir addımlığında mübarizəni dayandıran Valentina Zeynalova 5-ci, Leyla Əhmədova 11-ci, Ayan Ağasıyeva 13-cü, Züleyxa Sultanlı 20-ci, Cahan Sadıxova 24-cü, İrina Lobas isə 27-ci olub.

Oxşar xəbərlər

İdmançılarımız Bolqarıstanda “bürünc” qazandı
Cüdoçularımız Avropa Kubokunda 5 medal qazandı
Azərbaycan millisi 11-ci oldu - Avropa birinciliyi
Azərbaycan birinciliyinin qalibləri məlum oldu
İdmançılarımız dünya çempionatında 17 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər