reklam
Nigeriya millisi bürünc medal qazandı -
Sportfm.az xəbər saytı

Nigeriya millisi bürünc medal qazandı -Millətlər Kuboku


Afrika Millətlər Kubokunda üçüncü yerin sahibi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Kasablankadakı "V Məhəmməd" stadionunda baş tutan həlledici görüşdə Misir və Nigeriya yığmaları üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyən etmək üçün təyin olunan penaltilər seriyasında isə Nigeriya millisi rəqibindən üstün olub - 4:2.

Qeyd edək ki, Misir yığmasının kapitanı Məhəmməd Salah penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib və komandasını məyus edib.

Xatırladaq ki, yarımfinal mərhələsində Nigeriya Mərakeşə, Misir isə Seneqala məğlub olmuşdu. Turnirə yanvarın 18-də yekun vurulacaq.

Oxşar xəbərlər

Afrika qitəsinin 4 ən güclü yığması məlumdur - Millətlər Kuboku
“Neftçi”nin futbolçusu Misirə qarşı oynadı
Cənubi Afrika Millətlər Kubokunun bürünc mükafatçısı oldu
Sonuncu finalçı məlum oldu - Afrika Millətlər Kuboku
Salah Misirə qələbə qazandırdı - Afrika Millətlər Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər