reklam
75 ölkənin vətəndaşları Dünya Çempionatını izləyə bilməyəcək -
Sportfm.az xəbər saytı

75 ölkənin vətəndaşları Dünya Çempionatını izləyə bilməyəcək -Qərar


ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün viza müraciətlərinin qəbulunu dayandırır.

Sportfm.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb. Dünya Çempionatının başlamasına cəmi 6 ay qalmış verilən bu qərar futbol ictimaiyyətində böyük müzakirələrə səbəb olub.

Nəşrin məlumatına görə, vətəndaşlarına viza verilməsi dayandırılacaq ölkələr siyahısına Rusiya, Somali, Əfqanıstan, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tailand, Yəmən və digər dövlətlər daxildir. Dayandırılma prosesi yanvarın 21-dən başlayacaq və Dövlət Departamenti viza müraciətlərinin baxılması mexanizmini yenidən qiymətləndirənədək qeyri-müəyyən müddətə qədər davam edəcək.

Bildirilir ki, bu qərar ölkəyə daxil olduqdan sonra dövlətin sosial yardımlarından asılı vəziyyətə düşə biləcək şəxslərin qəbul edilməməsi məqsədi daşıyır. Bu zaman bir sıra amillər nəzərə alınır. Onların sırasında sağlamlıq vəziyyəti, yaş, ingilis dili biliyi, maliyyə durumu, eləcə də uzunmüddətli tibbi yardıma ehtiyac ehtimalı yer alır.

Xatırladaq ki, futbol üzrə 2026-cı il dünya çempionatı 11 iyun-19 iyul tarixlərində üç ölkədə, ABŞ, Kanada və Meksikada keçiriləcək.

Oxşar xəbərlər

Son dünya çempionu DÇ-2026-dan kənarda qala bilər
Dünya çempionatının səbətləri açıqlandı
Dünya çempionatlarının yerləri açıqlandı
Dünya çempionatının açılış matçı Meksikada olacaq
Mundial üç ölkədə keçirilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər