Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Son dünya çempionu DÇ-2026-dan kənarda qala bilər
FİFA son dünya çempionu Argentina millisini 2026-cı il Dünya Çempionatından kənarlaşdırmaq ehtimalını nəzərdən keçirir.
Sportfm.az xəbər verir ki, bu barədə “La Nacion” nəşri məlumat yayıb. Bildirilir ki, bu, Argentina Futbol Assosiasiyasının rəhbərliyi ətrafında baş verən korrupsiya qalmaqalı və dövlət orqanlarının federasiyanın daxili işlərinə müdaxiləsi ilə bağlıdır.
İstintaq çərçivəsində federasiya prezidenti Klaudio Tapia və digər rəsmilərin qanunsuz sərvət toplama ehtimalı ilə ofislərində axtarışlar aparılıb. Həmçinin millinin sponsoru olan “Sur Finanzas”şirkətinin maliyyə fırıldaqlarında iştirakı da araşdırılır.
Qeyd edək ki, FİFA hazırda yerli məhkəmənin qərarını gözləyir. Əgər funksionerlərin günahı təsdiqlənərsə, ABŞ, Kanada və Meksikada keçiriləcək mundialdan Argentina kənar qalacaq.

Oxşar xəbərlər
Dünya Çempionatının favoriti İspaniyadır - “Opta” superkompüteri
DÇ-2026 satılan biletlərin sayı açıqlandı - 2 milyon
Dünya çempionatının səbətləri açıqlandı
Dünya çempionu dünyasını dəyişdi
Mundial üç ölkədə keçirilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası