reklam
Qara Qarayev millinin məşqçisi oldu
Sportfm.az xəbər saytı

Qara Qarayev millinin məşqçisi oldu


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinatlar həyata keçirilib.

Sportfm.az xəbər verir ki, qərara əsasən, Rəşad Hüseynov U-21-in məşqçisi, Qara Qarayev isə analitik vəzifəsinə təyin olunub.

AFFA rəhbərliyi yeni təyinatların 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin inkişafına, gənc oyunçuların hazırlıq prosesinin daha səmərəli təşkilinə və beynəlxalq oyunlara daha sistemli şəkildə hazırlanmalarına töhfə verəcəyinə ümid edir.

Qeyd edək ki, 25 yaşından məşqçilik fəaliyyəti ilə məşğul olan Rəşad Hüseynov müxtəlif illərdə “Rəvan”, “Zirə”, “Sabah” və “Neftçi” klublarında çalışıb. 36 yaşlı mütəxəssis “Sabah”da əsas komandanın baş məşqçisinin köməkçisi vəzifəsini də yerinə yetirib.

Azərbaycan futbolunun tanınmış simalarından olan Qara Qarayevin isə peşəkar karyerasının böyük hissəsi “Qarabağ”la bağlı olub. Milli komandamızın 33 yaşlı sabiq yarımmüdafiəçisi daha sonra “Neftçi” və “Araz-Naxçıvan”da çıxış edib.

Oxşar xəbərlər

Qara Qarayev "Araz-Naxçıvan"dan getdi
Cüdo millilərinin məşqçi heyətində dəyişiklik edildi
Qara Qarayev “Araz-Naxçıvan”da – RƏSMİ
Millinin baş məşqçisi "Neftçi"də - Təyinat
Qara Qarayev ağ-qara komandada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər