reklam
Ölkə çempionatının son qalib komandaları -
Sportfm.az xəbər saytı

Ölkə çempionatının son qalib komandaları -FOTO


14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb.

Sportfm.az xəbər verir ki, mübarizənin son günündə komanda yarışları keçirilib.

Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə oğlanlar arasında 10, qızlarda isə 5 kollektiv qüvvəsini sınayıb.

Oğlanların mübarizəsində Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ baş mükafata sahib çıxıb. Abşeron-Xızı RGİİ gümüş medallara yiyələnib. Respublika Kompleks İdman Məktəbi və Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM komandaları III yeri tutublar.


Qızlardan təşkil olunmuş kollektivlərin yarışında isə Gəncə-Daşkəsən RGİİ komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ ikinci yerin sahibi olub. Respublika Kompleks İdman Məktəbinin komandası bürünc mükafata yiyələnib.

Oxşar xəbərlər

RKİM idmançısı qızıl medal qazandı - Azərbaycan Birinciliyi
Daha 6 çəkidə mükafatçılar bəlli oldu
Ölkə birinciliyində üçüncü günün mükafatçıları - SİYAHI
Azərbaycanın ən yaxşıları məlum oldu - FOTO
Azərbaycan birinciliyində komanda yarışlarının nəticəsi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər