reklam
Medalların sayı artdı -
Sportfm.az xəbər saytı

Medalların sayı artdı -Uğur


2025-ci ildə Azərbaycanın boks millilərinin beynəlxalq yarışlarda əldə etdikləri medalların sayı artaraq, əyarı yüksəlib.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası (ABF) tərəfindən boksçu və məşqçilərlə keçirilən görüşdə bildirilib.

ABF-nin vitse-prezidenti Vüsal Nəsirli boksçuların ötən illə müqayisədə bu il 4 yaş kateqoriyasında yarışlarda uğurla çıxış etdiklərini qeyd edib, məşqçilər korpusundan razılıq ifadə olunub.

Federasiyanın fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi üçün atılan addımlar qeyd edilib. Bu il Lənkəranda Cənub Regional Boks Mərkəzinin, Gəncə, Qazax və İmişlidə yeni boks bölmələrinin açılması yüksək qiymətləndirilib.

Gələn il də bu proseslərin davam etdiriləcəyi, boksun daha da kütləviləşməsi, habelə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində növbəti işlərin aparılacağı bildirilib.

Görüşdə növbəti il üzrə əsas hədəflərin medalların sayını, məşqçilər və hakimlərin kateqoriyalarını daha da artırmaq, yeni istedadların üzə çıxarılması, regionlarda boksun daha da inkişaf etdirilməsi, Seneqalda keçiriləcək Gənclərin Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etmək olduğu qeyd edilib.

ABF prezidentinin müşaviri Samir Hüseynov və qurumun baş katibi Nağı Səfərov boksçularımızın builki nəticələri barədə fikirlərini bölüşüblər.

Məşqçilər və boksçuları maraqlandıran məsələlər müzakirə olunub, tövsiyə və tapşırıqlar verilib.

Oxşar xəbərlər

FİFA referilərimizin sayı artdı
Lənkəranda Boks Mərkəzinin açılış oldu
Milli komandaların məşqçiləri ilə görüş keçirildi
Veteran boksçularla görüş keçirildi - FOTO
Bu il beynəlxalq yarışlarda 192 medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər