reklam
Useyn Bolta yeni təklif var
Sportfm.az xəbər saytı

Useyn Bolta yeni təklif var


London Dünya Atletizm Çempionatında 4x100 metr məsafədə yarışa qatılan yamaykalı atletin zədələnərək Dünya çempionatına vaxtından əvvəl vida edərək karyerasını başa vurduğu haqda məlumat vermişdik.

Sportfm.az xəbər verir ki, zədələnərək yarışı yarımçıq tərk edən Useyn Boltun yarışdan bir neçə gün əvvəl xeyli spirtli içki içib, səhərə qədər qadınlarla rəqs etdiyi görüntüləri ortaya çıxmışdı.

 

Sözügedən qalmaqalın ardından Useyn Bolta maraqlı təklif gəlib. Belə ki, atlet karyerasını başa vuran, hazırda sevgilisi ilə əylənən məşhur idmançıya futbol klubunda forma geyinmək üçün təklif gəlib. İngiltərənin Çempionşip klublarından olan "Burton Albion" yamaykalı atleti heyətinə qatmaq istəyir.Klub prezidenti Ben Robinson: "Bolt atletikada mükəmməl uğurlar qazandı. Təbii ki, onu transfer etmək istəyirik. Məşqçimiz onu klubda görmək istəyir".

 

Qeyd edək ki, Boltun meneceri Riky Simms da "Futbolçu olmaq istəyir və ağlında yalnız futbol var. Bir çox klub onun üçün təklif göndərib" demişdi.

Oxşar xəbərlər

Əfsanəvi atletin məşhur hərəkəti ticarət markası olacaq
Bolt futbol karyerasını bitirdi
Useyn Bolt gedəcəyi vaxtı açıqladı
Useyn Bolt karyerasında 9-cu dəfə olimpiya çempionu olub
Mourinyo Useyn Bolta təşəkkür etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər