Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Useyn Bolt karyerasında 9-cu dəfə olimpiya çempionu olub
Yamaykalı sprinter Useyn Bolt karyerasında 9-cu dəfə olimpiya çempionu olub. Sportfm.az xəbər verir ki, Bolt bu uğura 30 yaşının tamamına bir gün qalmış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 4X100 metr məsafəyə estafet qaçışında nail olub. Heyəti Asafa Pauell, Yohan Bleyk, Nikel Eşmid və Useyn Boltdan ibarət kvartet finişə 37,27 saniyəyə çatıb. Onlar mövsümün ən yaxşı nəticəsini göstəriblər. Yaponiya 37,60 saniyə göstərici ilə gümüş, ABŞ isə 37,62 saniyə nəticə ilə bürünc medala yiyələnib.
Useyn Bolt "Pekin-2008", "London-2012" və "Rio-2016"da estafetlə yanaşı, 100 metr və 200 metr məsafələrə qaçışda da qızıl medal qazanıb.
Oxşar xəbərlər
Bolt futbol karyerasını bitirdi
8 qat Olimpiya çempionu Useyn Bolt karyerasını bitirdi
Useyn Bolt gedəcəyi vaxtı açıqladı
Useyn Boltdan vida mesajı
Rio-2016: Useyn Bolt 7 qat Olimpiya çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası