Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mingəçevirdə məşqçi kursu keçirildi
Azərbaycan Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə futbol üzrə Mingəçevirdə “D” kateqoriyalı məşqçilik kursu təşkil edilib.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlim proqramında Azərbaycan Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən, Azərbaycanın müxtəlif bölgələrindən olan Uşaq-Gənclər İdman Məktəblərinin (UGİM) məşqçi-müəllimləri iştirak ediblər.
Təlimlər Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutub. İştirakçılar futbolun əsas prinsipləri, məşq proqramlarının qurulması və taktiki hazırlıqla bağlı həm nəzəri, həm də praktiki dərslərdə iştirak ediblər.
Qeyd edək ki, təlimi uğurla tamamlayan məşqçilərə futbol üzrə “D” kateqoriyalı sertifikatlar təqdim olunub.

Oxşar xəbərlər
Mingəçevirdə Azərbaycan birinciliyi keçiriləcək
Qubada cüdo üzrə master-klas keçirildi
Mingəçevirdə "Kürü keçək?!" adlı yarış keçirildi
Mingəçevirdə Azərbaycan çempionatı keçiriləcək
Mingəçevirdə D kateqoriyalı məşqçi kursu davam edir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası