reklam
İki boksçumuz DÇ-də mərhələ adladı -
Sportfm.az xəbər saytı

İki boksçumuz DÇ-də mərhələ adladı -UĞUR


Azərbaycanın iki boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb.

Sportfm.az xəbər verir ki, mundialın ikinci günündə Avropa çempionu Sübhan Mamedov (48 kq) debütdə Joey Kanoyla (Filippin) qarşılaşıb.

Boksçu üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda ilk mərhələdən azad olan Mehron Şafiyevlə (Tacikistan) döyüşəcək.

Zaur Qəhrəmanov (67 kq) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçu 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.

Dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.

Oxşar xəbərlər

Boksçumuz qələbə ilə başladı - Avropa çempionatı
Daha bir boksçumuz mərhələ adladı - Dünya çempionatı
Boksçumuz dünya çempionatına qələbə ilə başladı
Azərbaycan boksçusu dünya çempionatında 1/8 finalda
Daha 2 boksçumuz mərhələ adladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər