reklam
Zirədə kritik matç -
Sportfm.az xəbər saytı

Zirədə kritik matç -Premyer Liqa


Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.

Sportfm.az xəbər verir ki, turun açılış matçında “Zirə” “Qarabağ”ı qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş saat 17:00-da start götürəcək. Görüşü baş hakim Rauf Cabarov idarə edəcək.

Hazırda Qurban Qurbanovun komandası 29 xalla turnir cədvəlinə başçılıq edirsə, 26 xalı olan Rəşad Sadıqovun komandası onların ən yaxın izləyicisidir.

Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XIV tur

17:00 “Zirə” - “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

VAR: Əliyar Ağayev

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Elçin Məmmədov

Zirə İdman Kompleksinin stadionu

Oxşar xəbərlər

“Qarabağ” – “Neftçi” matçını idarə edəcək hakim bilindi
Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır
“Kəpəz” Şamaxıya yollanır, "Zirə" evdə oynayır - Premyer Liqa
Oyunu Əliyar Ağayev idarə edəcək - Təyinat
“Zirə” – “Sabah” görüşü Rauf Cabarova tapşırıldı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər