AFFA mövsümün ilk cəzalarını açıqladı
AFFA İntizam Komitəsinin iclası keçirilib. Komitə üzvləri Premyer Liqanın I turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Sportfm.az xəbər verir ki, XXVI Azərbaycan Premyer Liqasının I turunun “Sumqayıt” – “Kəpəz” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
XXVI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Sumqayıt” – “Kəpəz” matçının 74-cü dəqiqəsində “Kəpəz” klubunun 2 №-li futbolçusu Yusif Cəfərov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
XXVI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Zirə” – “Səbail” matçının 47-ci dəqiqəsində “Səbail” klubunun 85 №-li futbolçusu Xaliq İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
Oxşar xəbərlər
I Divizion klublarının cəzası açıqlandı
AFFA klublara cərimə kəsdi
AFFA Samir Əliyevi cəzalandırdı
"Kəpəz" 2400 manat cərimə olundu
Azarkeşləri "Qarabağ"ı ziyana saldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası