I Divizion klublarının cəzası açıqlandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda I Divizionun IX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Neftçi” – “Səbail” matçında “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 81-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Əlibəy Məmmədli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Səbail”in futbolçusu Ruslan Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Keşlə” – “Qarabağ” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunda xərək daşıyan uşaqların yaşı əsasnaməyə uyğun olmadığına görə, "Keşlə" 80 manat cərimə olunur.
“Sumqayıt” – “Sabah” matçının 67-ci dəqiqəsində “Sabah”ın futbolçusu Eldost Qiyasbəyli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Ağsu” – “Turan Tovuz” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
Oxşar xəbərlər
Divizion klubları cəzalandı
I Divizion klublarının cəzası açıqlandı
AFFA klublara cərimə kəsdi
I Divizion klublarının cəzası açıqlandı
AFFA cərimələrini açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib – yarım milyondan çox mənimsəmə
-
“Araz-Naxçıvan” “Qəbələ”yə, “Zirə” “Sumqayıt”a qarşı - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Arda Gülerlə yeni müqavilə imzalandı
-
18 matçın nəticələri - Konfrans Liqası
-
Klub rəhbərinə 4 oyunluq cəza - QƏRAR















Misli Premyer Liqası