reklam
Onlar bu göstəriciyə görə 3-cüdür -
Sportfm.az xəbər saytı

Onlar bu göstəriciyə görə 3-cüdür -Çempionlar Liqası


Çempionlar Liqasının əsas mərhələsinin beş turundan sonra "Qarabağ" topu ələ keçirmə sayına görə ilk üçlükdə qalır.

Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi 227 dəfə topu ələ keçirməsinə görə 36 komanda arasında üçüncü ən yaxşı göstəriciyə sahibdir.

Ümumilikdə, ilk üçlük dəyişməz olaraq qalır. “Atletik”(Bilbao) ən yaxşı göstəriciyə malikdir (257).

Belçikanın "Union" klubu (246) 2-ci, Ağdam komandası isə ən yaxın izləyiciləri olan "Nyukasl" (226), "Pafos" (219) və "Slaviya"nı (215) qabaqlayır.

Bundan əlavə, iki məhsuldar ötürmə ilə "Qarabağ"ın hücumçusu Kamilo Duran məhsuldar ötürmə sayına görə 5-42-ci yerləri bölüşür.

Oxşar xəbərlər

Hidayət Heydərov ikinci oldu - Dünya reytinqi
Məmmədyarov ən yaxşı göstəriciyə malikdir - FİDE reytinqi
5 görüş, 32 seyv - Lunyov ilk üçlükdə
"Qarabağ" ən yaxşılar sırasında
Misli Premyer Liqasında ən çox dəqiq ötürmə verən komandalar - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər