reklam
Hidayət Heydərov ikinci oldu -
Sportfm.az xəbər saytı

Hidayət Heydərov ikinci oldu -Dünya reytinqi


Olimpiya çempionu Hidayət Heydərov (73 kq) qazandığı reytinq xallarının sayına görə ikincidir.

Sportfm.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) qarışıq cədvəli həm kişilər, həm də qadınların dünya reytinqində liderlərin göstəricilərini əks etdirir.

Heydərov birləşmiş siyahıda üçüncü yerdən ikinciyə yüksəlib. O, ikiqat dünya çempionu Ann-Mari Vaqneri (Almaniya, 7132) qabaqlayıb. Cüdoçumuzun 7360 xalı var.

Bu, kişilər arasında ən yüksək göstəricidir və Heydərov ümumi cədvəldə yalnız Olimpiya çempionu Krista Dequçidən (Kanada, 9790) geri qalır.

Digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) topladığı xallara görə yeddinci göstəriciyə malikdir - 6112. Özü də o, beşqat Olimpiya çempionu Teddi Rineri (Fransa, 5900) qabaqlayır.

Oxşar xəbərlər

Hidayət Heydərov liderlər sırasında
Hidayət Heydərov Olimpiya çempionudur
Ümidimiz Hidayət Heydərov yarımfinalda - PARİS - 2024
Dünya çempionu Hidayət Heydərov Vətənə döndü
Hidayət Heydərov dünya çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər