reklam
Məmmədyarov ən yaxşı göstəriciyə malikdir -
Sportfm.az xəbər saytı

Məmmədyarov ən yaxşı göstəriciyə malikdir -FİDE reytinqi


Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov (2734) malikdir.

Bir pillə geriləyən kişilərdən ibarət millinin lideri 18-cidir. Bir pillə irəliləyən Teymur Rəcəbov (2723) isə 27-ci yerə yüksəlib. Digər kişi qrossmeysterimiz Rauf Məmmədov (2651) 87-ci sıraya geriləyib.

Dünya Kubokunun iştirakçısı Nicat Abasov bu dəfə də ilk “100-lük”dən kənarda qalıb. Kişi şahmatçıların siyahısına Maqnus Karlsen (2830, Norveç) başçılıq edir.

Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2436) 35-ci, Gövhər Beydullayeva (2412) 45-ci, Ülviyyə Fətəliyeva (2378) 72-ci, Xanım Balacayeva (2376) 74-cü, Gülnar Məmmədova (2360) 90-cı pillədə qərarlaşıb. Qadınlar arasında lider Yifan Houdur (2633, Çin).

Oxşar xəbərlər

Azərbaycan şahmatçılarının yeni mövqeyi - FİDE reytinqi
Məmmədyarov irəlilədi, Rəcəbov gerilədi - FİDE reytinqi
Rəcəbov irəlilədi, Məmmədyarov gerilədi - FİDE reytinqi
Azərbaycanın 5 şahmatçısı irəlilədi - FİDE reytinqi
Məmmədyarov 26-cı, Rəcəbov 27-cidir - FİDE reytinqi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər