reklam
“Qarabağ” və “Napoli” rəhbərləri görüşdü
Sportfm.az xəbər saytı

“Qarabağ” və “Napoli” rəhbərləri görüşdü


UEFA Çempionlar Liqasının Liqa mərhələsində üz-üzə gələcək “Napoli” və “Qarabağ” klublarının rəhbərləri arasında görüş keçirilib.

Sportfm.az xəbər verir ki, Neapolda baş tutan rəsmi naharda “Napoli”nin prezidenti Eduardo De Laurentis və “Qarabağ” klubunun prezidenti Tahir Gözel iştirak ediblər.

Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov da görüşə dəvət olunub.

Həmkarını salamlayan Eduardo De Laurentis “Qarabağ”ın cari mövsüm Çempionlar Liqasındakı uğurlu çıxışına diqqəti çəkib. Klub prezidentləri iki komanda arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Tərəflər görüşdən məmnunluqlarını ifadə edərək, hər iki komandaya turnirdə uğurlar arzulayıblar.

Sonda oyunla bağlı xatirə hədiyyələri qarşılıqlı olaraq təqdim olunub.

Oxşar xəbərlər

“Qarabağ” və “Kopenhagen” rəhbərləri arasında görüş keçirildi
Tahir Gözel rəqib komandanın rəhbəri ilə görüşdü - FOTO
"Fənərbaxça"nın prezidentinə "Qarabağ" forması hədiyyə edildi - FOTO
Rövşən Nəcəf GFF prezidenti ilə görüşdü
AFFA-nın rəhbəri UEFA prezidenti ilə görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər