reklam
Yeni turizm körpüsü
Sportfm.az xəbər saytı

Yeni turizm körpüsü


Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında beynəlxalq ticarət əlaqələrinin inkişafını dəstəkləyən “LEF Network Azerbaijan” layihəsi uğurla yekunlaşıb. Üç il davam edən layihə çərçivəsində Azərbaycana 6 ticarət missiyası təşkil olunub, Mərkəzi Baltik regionundan 100-dən çox şirkət ölkəmizə səfər edib.

Sportfm.az xəbər verir ki, layihənin əsas turizm tərəfdaşı Aze Turizm şirkəti olub. Şirkət Baltik ölkələri ilə turizm əlaqələrinin qurulması, Azərbaycanın turizm potensialının tanıdılması və yeni əməkdaşlıq imkanlarının yaradılmasında aktiv iştirak edib.

AzeTurizm şirkətinin rəhbəri Anna Məmmədova layihə ilə bağlı bildirib:

“Bu təşəbbüs Azərbaycanın turizm imkanlarını Avropa bazarında daha yaxından tanıtmaq üçün mühüm platforma oldu. Layihə sayəsində həm işgüzar, həm də mədəni əlaqələrin genişlənməsinə real töhfə verdik.”

Layihəyə Latviya Ticarət və Sənaye Palatası rəhbərlik edib, tərəfdaşlar arasında Estoniya Ticarət və Sənaye Palatası və Satakunta Tətbiqi Elmlər Universiteti (Finlandiya) yer alıb. Bu əməkdaşlıq sayəsində Baltik regionu ilə Azərbaycan arasında yeni iqtisadi və turizm körpüsü formalaşıb.

Mütəxəssislərin fikrincə, layihə ölkələr arasında ticarət və turizm sahəsində davamlı tərəfdaşlıq üçün möhkəm zəmin yaradıb və gələcəkdə birgə sərgilər, forumlar və təhsil proqramlarının təşkilini hədəfləyir.

Oxşar xəbərlər

AFFA rəsmiləri Beynəlxalq Tərəfdaşlar Görüşündə
Bakıda seminar təşkil olundu - AVRO-2020 ilə bağlı
Formula-1 turistləri nə qədər gəlir gətirir?
Bakıya gələcək kubok Qazaxıstanda nümayiş etdirilir
AFFA sərgidə iştirak etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər