reklam
Qızlarımız dünya çempionatında ikinci oldu
Sportfm.az xəbər saytı

Qızlarımız dünya çempionatında ikinci oldu


İspaniyada keçirilən qadın şahmatçılardan ibarət komandalar arasında dünya çempionatına yekun vurulub.

Sportfm.az xəbər verir ki, mötəbər yarışın finalında Azərbaycan və FIDE komandaları qarşılaşıb.

Hər iki görüşdə FIDE komandası müstün olub (3:1;2,5:1,5). Beləliklə Azərbaycan komandası tarixində ilk dəfə dünya çempionatında ikinci yeri tutub. Birinci lövhədə çıxış edən Avropa çempionu Ülviyyə Fətəliyeva 10 partiyada 6 xal toplamaqla bütün şahmatçıları qabaqlayaraq qızıl medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva iştirak edib. Kapitan İlahə Qədimova, məşqçilər Nicat Abasov və Qədir Hüseynov olub.

Oxşar xəbərlər

Azərbaycan millisi final matçına çıxacaq
Şahmatçılarımız dünya çempionatında
Yığmamız Özbəkistanla qarşılaşacaq - Dünya çempionatı
Ölkəmizi Avropa çempionatında təmsil edəcək şahmatçılar - SİYAHI
Şahmatçımız dünya çempionu oldu - UĞUR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər