
5 ildən sonra, tarixdə 2-ci dəfə
Topaz Premyer Liqasının 2017/18 mövsümünün ilk turu nadir hadisə ilə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, çempionatda iştirak edən bütün komandalar startda qol sevinci yaşayıb. "Neftçi” – "Qarabağ” oyununda (1:3) dörd, "İnter” – "Qəbələ” (1:2), "Zirə” – "Səbail” (2:1) və "Sumqayıt” – "Kəpəz” (2:1) görüşlərində üç qol qeydə alınıb. 13 qolun vurulduğu 4 oyunda orta məhsuldarlıq 3,25-ə bərabər olub. Uduzan bütün komandaların 1 qol vurduğu turda 8 iştirakçının hər biri rəqib qapısına yol tapıb.
1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının 25 illik tarixinə nəzər salsaq, əvvəlki 25 mövsümdə yalnız 1 dəfə belə hadisə - ilk turda bütün komandaların qol vurması qeydə alınmışdı. Bu da 5 il öncə yaşanıb. 2012/13 mövsümünün ilk turunun baş tutan 5 matçında iştirak edən 10 komanda çempionata qolla start vermişdi. "Neftçi” ilə "Bakı” arasında qarşılaşmanın təxirə salındığı I turda "Simurq” – "Qəbələ” (1:1), "Sumqayıt” – AZAL (2:2), "Kəpəz” – "Turan” (1:2), "İnter” – "Qarabağ” (1:1) və "Rəvan” – "Xəzər Lənkəran” (1:1) görüşlərində qapıçılar çərçivəsini toxunulmaz saxlamağı bacarmamışdı. Həmin vaxt təxirə salınıb, bir müddət sonra keçirilən qarşılaşmada da hər iki komanda fərqlənmişdi – 1:1.

№ | Komanda | o | x |
1 | Qarabağ | 19 | 53 |
2 | Sabah | 19 | 46 |
3 | Neftçi | 19 | 38 |
4 | Zirə | 19 | 31 |
5 | Qəbələ | 19 | 26 |
6 | Turan | 19 | 17 |
7 | Şamaxı | 19 | 16 |
8 | Kəpəz | 19 | 13 |
9 | Sumqayıt | 19 | 12 |
10 | Səbail | 19 | 10 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |