reklam
AFFA-da iclas keçirildi -
Sportfm.az xəbər saytı

AFFA-da iclas keçirildi -FOTO


Bu gün AFFA-nın inzibati binasında Misli Premyer Liqası, 1-ci və 2-ci Liqada çıxış edən klubların nümayəndələri üçün 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda iştirak edən AFFA-nın baş katibi Sərxan Hacıyev lisenziyalaşdırma prosesinin vacibliyini vurğulayıb, bütün klublara uğurlar arzulayıb. Həmçinin, iclasda UEFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin rəhbəri Ales Zavrl çıxış edərək, iştirakçılara UEFA-nın Klubların Lisenziyalaşdırılması və monitorinq prosesi, Azərbaycan futbol klublarının maliyyə və digər göstəricilərinin müqayisəli təhlilini və UEFA-nın Qadınlar arasında Çempionlar Liqasında çıxış etmək üçün lisenziyalaşdırma tələbləri barədə ətraflı məlumat təqdim edib.
AFFA-da iclas keçirildi -
İclasda asağıdakı mövzulara aid təqdimatlar keçirilib:

- Ötən mövsümün icmalı və Klubların Lisenziyalaşdırılması Departamentinin yenilənmiş təşkilatı strukturu

- Prosesə aid rəsmi sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər

- Cari mövsümdən etibarən tətbiq olunacaq I Liqa üçün lisenziyalaşdırma sisteminə dair meyarlar

- Mövsüm ərzində təşkil olunacaq yerlərdə treninqlər və seminarlar

- Cari mövsümdən etibarən lisenziyalaşdırma sistemi çərçivəsində tətbiq olunacaq yeni elektron portalı. Portal klublar tərəfindən sənədlərinin təqdim olunması, onların qiymətləndirilməsi və prosesə aid digər məsələlər üçün nəzərdə tutulmuşdur.

İclasın sonunda klub nümayəndələrinin sualları cavablandırılıb.

Oxşar xəbərlər

Klublara lisenziyaları təqdim olundu - FOTO
AFFA-dan klublar üçün seminar - ONLAYN
AFFA klublar üçün iclas keçirdi - Videokonfrans formatında
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edəcəklər
AFFA-da 2019-2020 Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər