reklam
Millimizin Avropa çempionatı üçün heyəti -
Sportfm.az xəbər saytı

Millimizin Avropa çempionatı üçün heyəti -SİYAHI


Noyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı start götürəcək.

Sportfm.az xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi 11 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Elbrus Rzayev U-23 Avropa çempionatında Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Tağı Nəsibov (60 kq), Əli Abdullayev (65 kq), Nicat Əlirzayev (70 kq), Fərhad Şeydayev (75 kq) və Səbuhi Əlizadəyə (+90 kq) şans verəcək.

Qadınlar ibarət yığmanın baş məşqçisi İlkin Ağayev isə Budapeştdə Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevaya (65 kq) güvənəcək.

Yarışda hakimlər arasında beynəlxalq dərəcəli referi Qalib Əbiyev də yer alacaq.

Qeyd edək ki, Macarıstana bu gün yollanan milli komanda Bakıya noyabrın 30-da qayıdacaq.

Oxşar xəbərlər

Millimiz Avropa çempionatına Türkiyədə hazırlaşır
Azərbaycanı təmsil edəcək boksçular - SİYAHI
Millimizin dünya çempionatı üçün heyəti - SİYAHI
Millimizin heyəti açıqlandı - SİYAHI
Millimizin Avropa çempionatı üçün heyəti açiqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər