Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türk Hava Yolları “Liverpul”la tərəfdaşlıq müqaviləsi imzaladı
“Liverpul” gələn mövsümdən etibarən yeni əsas forma sponsoruna sahib olacaq.
Sportfm.az xəbər verir ki, Mersisayd klubu Türk Hava Yolları ("Turkish Airlines”) aviaşirkəti ilə tərəfdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.
Razılaşma 2027-ci il iyunun 1-dən qüvvəyə minəcək. 2027/28 mövsümündən etibarən “Turkish Airlines”in loqosu “Liverpul”un kişi, qadın və akademiya komandalarının formalarının ön hissəsində yer alacaq.
Bununla da 2010-cu ildən klubun əsas sponsoru olan “Standard Chartered”ın 17 illik əməkdaşlığı başa çatacaq. Bank “Liverpul”la qlobal tərəfdaş kimi əməkdaşlığını davam etdirəcək.
"The Athletic"in yaydığı məlumata görə, “Liverpul”la “Turkish Airlines” arasında müqavilə 5 illikdir. Razılaşmanın ümumi dəyəri 300 milyon funt sterlinqdən çox, illik gəlir isə təxminən 60 milyon funt olacaq.
Qeyd edək ki, “Standard Chartered” hazırda “Liverpul”a forma sponsorluğu üçün ildə təxminən 50 milyon funt ödəyir.
Xatırladaq ki, "Turkish Airlines" tarixi ərzində "Barselona", "Mançester Yunayted", "Borussiya" Dortmund kimi nəhəng klublara da sponsorluq edib.

Oxşar xəbərlər
Bu Premyer Liqa komandası böyük zərərdədi
“Türk Hava Yolları” “Neftçi” ilə əməkdaşlığı dayandırdı
Premyer Liqa klubundan rekord göstərici - 125 milyon funt sterlinq
Premyer Liqa klubu rekord məbləğdə müqavilə bağlaya bilər
Müdafiəçi üçün 30 milyon funt-sterlinq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası