reklam
Hüseynovların fərqləndiyi böyük derbiyə doğru -
Sportfm.az xəbər saytı

Hüseynovların fərqləndiyi böyük derbiyə doğru -"Qarabağ – "Neftçi"


Peşəkar Futbol Liqası "Zəfər turu" çərçivəsində keçiriləcək "Qarabağ – "Neftçi" qarşılaşması öncəsi bu komandalar arasında indiyədək qeydə alınan dubl və het-triklərin statistikasını təqdim edib.

Sportfm.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ilk dublun müəllifi "Neftçi"dən Yunis Hüseynov, "Qarabağ"dan isə Muşfiq Hüseynov olub.

İlk dubl – Yunis Hüseynov (“Neftçi”) – 02.10.1994. “Neftçi” – “Qarabağ” – 3:2

“Qarabağ”ın ilk dublu – Müşfiq Hüseynov – 17.09.1995. “Neftçi” – “Qarabağ” – 2:2

Dublların ümumi sayı – 19

“Neftçi”nin dubllarının sayı – 6

“Qarabağ”ın dubllarının sayı – 13

Yalnız iki futbolçu 2 dəfə dubla imza atıb – Mahir Emreli və Kadi Borges (hər ikisi “Qarabağ”).

İlk het-trik – Georgi Adamiya (“Qarabağ”) – 13.05.2011. “Qarabağ” – “Neftçi” – 3:0

Het-triklərin sayı – 3. Bütün het-triklərə “Qarabağ”ın futbolçuları imza atıb.

İki futbolçu həm het-trik edib, həm dubl müəllifi olub – Reynaldo Silva və Filip Ozobiç (hər ikisi “Qarabağ”).

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da derbidə dubl edib. O, “Neftçi”nin futbolçusu kimi fərqlənib - 13.03.2004. “Qarabağ” – “Neftçi” – 1:3

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:44-də başlayacaq.

Oxşar xəbərlər

PFL derbidəki avtoqolların sayını açıqladı
"Qarabağ"ın futbolçusu bombardir oldu
"Qarabağ"ın matçında 5 min azarkeş - bilet satışı
“Neftçi”nin bu futbolçuları “Qarabağ”la oyunu buraxacaq
“Qarabağ”la oyun öncəsi “Neftçi”də itki

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər