reklam
İslamiadada çıxış edəcək güləşçilərimiz -
Sportfm.az xəbər saytı

İslamiadada çıxış edəcək güləşçilərimiz -SİYAHI


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan güləş yığmalarının heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, noyabrın 18-dən 21-dək xalça üzərinə 18 pəhləvan çıxacaq.


Sərbəst güləşdə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq), yunan-Roma güləşində baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (77 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq), qadın güləşində isə baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq), Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Zəhra Kərimzadə (76 kq) iştirakçılar sırasında yer alacaq.

Qeyd edək ki, yarış yalnız olimpiya çəkiləri üzrə təşkil olunacaq.

Oxşar xəbərlər

Millilərimizin Avropa çempionatı üçün heyətləri
Tarakanov Qurban Qurbanovu Dünya Çempionatına aparır
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər - SİYAHI
Güləş yığmalarımızın Avropa çempionatı üçün yekun heyətləri - SİYAHI
Millimizin heyəti açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər