reklam
Tarakanov Qurban Qurbanovu Dünya Çempionatına aparır
Sportfm.az xəbər saytı

Tarakanov Qurban Qurbanovu Dünya Çempionatına aparır


Azərbaycanı Albaniyanın paytaxtı Tiranada keçiriləcək dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib.

Sportfm.az xəbər verir ki, qeyri-olimpiya çəkiləri üzrə təşkil ediləcək mundialda ölkəmizi 10 güləşçi ilə təmsil olunacaq.

Yarışa yunan-Roma güləşçiləri start verəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq), Ülvü Qənizadə (72 kq) və Qurban Qurbanov (82 kq) uğur qazanmağa çalışacaq.

Daha sonra estafet qadınlara keçəcək. Böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Alyona Kolesniklə (59 kq) Elis Manolova (65 kq) qüvvəsini sınayacaq.

Çempionata sərbəst güləşçilər yekun vuracaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (70 kq), Orxan Abasov (79 kq) və Abubakr Abakarov (92 kq) xalçaya çıxacaq.

DÇ-də I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 28-dən 31-dək keçiriləcək.

Oxşar xəbərlər

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər - SİYAHI
Dünya Çempionatına bu güləşçilər gedəcək - SİYAHI
Güləş yığmalarımızın Avropa çempionatı üçün yekun heyətləri - SİYAHI
Millimizin heyəti açıqlandı - SİYAHI
Qazyumov millimizə görün kimləri cəlb etdi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər